Menyu

Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Nərmin Qocamanlı
Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Daşqınla bağlı Qazaxıstanın qərbində fövqəladə vəziyyət elan edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Tengrinews.kz məlumat yayıb.

"Bölgədə daşqınlar səbəbindən çətin vəziyyət yaranıb. Rayonun Sırımski, Terektinski, Karatobinski, Burlinski rayonlarında yaşayış binalarını su basıb. Rusiyadan başlayan 5 transsərhəd çayda suyun səviyyəsi qalxır. Nəticədə, daşqınlar nəticəsində yaşayış evləri su altında qalıb. Kaztalovski və Janqalinski rayonlarına gedən Karaözen və Sarıözen çaylarında suyun səviyyəsi qalxır. Hazırda bu bölgələrdə təhlükəsizlik tədbirləri gücləndirilib. Çaqan və Derkol çayları təhlükəli həddə çatıb, Uralda suyun həcmi getdikcə artır”, - deyə vilayət administrasiyasının açıqlamasında bildirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər