Rusiya Talibanla dialoq aparır - Peskov
Nərmin Qocamanlı
Rusiya Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı ilə dialoq aparır.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu dialoq mühüm məsələlərin həlli üçün zəruridir.
"Məsələ orasındadır ki, bu bizimlə yanaşı olan ölkədir. Bu və ya digər halda biz onlarla ünsiyyətdə oluruq. Biz zəruri məsələləri həll etməliyik. Bu da dialoq tələb edir. Faktiki olaraq, hamı kimi biz də onlarla ünsiyyətdə oluruq. Onlar de-fakto Əfqanıstanda hakimiyyətdədirlər", - deyə Kreml nümayəndəsi bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net