Menyu

Ağ Ev: Bayden və Tsinpin səmimi və konstruktiv söhbət ediblər

Ağ Ev: Bayden və Tsinpin səmimi və konstruktiv söhbət ediblər

ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Tsinpin səmimi və konstruktiv söhbət edib, iki ölkənin hərbçiləri arasında əlaqələri, süni intellekt (AI) ətrafında riskləri və iqlimi müzakirə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddən məlum olur ki, iki ölkə liderləri bir sıra ikitərəfli, regional və qlobal məsələlər, o cümlədən iki ölkə arasında əməkdaşlıq imkanları, habelə fikir ayrılıqları ətrafında səmimi və konstruktiv söhbət aparıblar. Xüsusilə, narkotik ticarətə qarşı əməkdaşlıq, hərbi əlaqələr, süni intellektlə bağlı risklərlə bağlı danışıqlar, eləcə də iqlim dəyişikliyi ilə mübarizə səyləri və "insanlar arasında əlaqələr" müzakirə edilib.

Bayden Tayvan boğazında sülhün və sabitliyin, eləcə də Cənubi Çin dənizində qanunun aliliyi və naviqasiya azadlığının qorunmasının vacibliyini vurğulayıb. 

Teqlər:

"A\u011f Ev: Bayden v\u0259 Tsinpin s\u0259mimi v\u0259 konstruktiv s\u00f6hb\u0259t edibl\u0259r"

Əlaqəli Xəbərlər