Menyu

Yaponiyada güclü zəlzələ olub

Əziz Əzizli
Yaponiyada güclü zəlzələ olub

Tayvanın şərq sahillərində baş verən 7,5 maqnitudada zəlzələdən sonra Yaponiyanın Okinava prefekturasının adaları üçün 3 metrlik sunami təhlükəsi yaranıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Miyakodzima və Yaeyama adalarına sunami təsirinin təxmini vaxtı yerli vaxtla saat 09:10-dur (Bakı vaxtı ilə saat 04:10). Dalğanın sahilə çatıb-çatmadığı barədə hələ məlumat yoxdur. Prefekturanın əsas adası olan Okinava ərazisində yerləşən adalar üçün yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə saat 05:00) sunami proqnozlaşdırılır.

İdarə qeyd edib ki, 7,5 maqnitudada zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər