"Tesla"nın rüblük elektrikli avtomobil satışları azalıb
Nərmin Qocamanlı
Dünyanın ən böyük elektrik avtomobil istehsalçısı "Tesla" 2024-cü ilin birinci rübündə ciddi problemlərlə üzləşib.
"Operativ Media" xəbər verir ki, şirkətin avtomobil satışları 2020-ci ildən bəri ilk dəfə azalmağa başlayıb.
Bu ilin ilk üç ayında "Tesla" müştərilərə cəmi 386 810 elektrik avtomobili tədarük edib. Bu nəticəyə görə "Tesla" səhmləri rüb ərzində 33%-ə qədər ucuzlaşıb.
Bunun səbəblərindən birincisi birincisi odur ki, artan faiz dərəcələri istehlakçı tələbini xeyli azaldıb. Qiymətin aşağı düşməsinə baxmayaraq, bir çox alıcı hələ də İlon Maskdan avtomobil ala bilmir. İkincisi "Tesla" Berlin yaxınlığındakı yeni fabrikində istehsal azalmaları ilə üzləşib. Üçüncü səbəb isə Maskın "X"də aqressiv yazılarla brendin reputasiyasına xələl gətirməsi olub.
Teqlər:
"\"Tesla\"n\u0131n r\u00fcbl\u00fck elektrikli avtomobil sat\u0131\u015flar\u0131 azal\u0131b"