İstanbulda baş verən yanğınla bağlı 9 nəfər saxlanılıb
Nərmin Qocamanlı
İstanbulun Beşiktaş şəhərində 16 mərtəbəli binanın altında təmir edilmiş əyləncə mərkəzində 29 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı saxlanılan şübhəlilərin sayı 9-a yüksəlib.
İstanbulda baş verən yanğınla bağlı saxlanılanların sayı 9-a yüksəlib
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, polis qrupları Gayrettepe Yıldız Posta Prospekti Gönenoğlu küçəsində yerləşən binanın mənfi 1-ci və mənfi 2-ci mərtəbələrində fəaliyyət göstərən əyləncə mərkəzində baş verən yanğınla əlaqədar araşdırmalar çərçivəsində işlərini davam etdirirlər.