Menyu

Bakı metrosunda oğurluq və soyğunçuluq edən şəxs tutulub

Nərmin Qocamanlı
Bakı metrosunda oğurluq və soyğunçuluq edən şəxs tutulub
1 dəq oxu

Polis əməkdaşları tərəfindən Bakı Metropoliteninin stansiya və vaqonlarında talama əməlləri törədən şəxs müəyyən edilib. 

DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, iki və daha artıq sərnişinin mobil telefon və pulunu oğurluq və soyğunçuluq yolu talamaqda şübhəli bilinən 1990-cı il təvəllüdlü Afiyəddin Kərimov saxlanılıb.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur.

Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər