İspaniya Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyəcək
İspaniyanın baş naziri Pedro Sançes krallığın Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına dəstək verəcəyini təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, Sançes bu barədə Nazirlər Kabinetinin iclasında deyib.
"Biz Fələstinin BMT-yə tamhüquqlu üzv kimi daxil olmasını dəstəkləyəcəyik. Ancaq vurğulamaq istərdim ki, İsrailin də qonşuları tərəfindən tanınmasını təşviq etmək də lazımdır. Qarşılıqlı tanınma uzun illərdir davam edən bu münaqişənin davamlı həllinə nail olmaq üçün açardır", - baş nazir qeyd edib.
Aprelin 1-də Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur "Reuters" agentliyinə verdiyi şərhdə bildirib ki, Fələstin BMT Təhlükəsizlik Şurasının aprelin 18-də keçiriləcək iclasında təşkilata qəbulu ilə bağlı səs vermə istəyir. Fevralın sonunda Mənsur bəyan edib ki, Fələstin ərəb ölkələrinin dəstəyi ilə ölkənin dünya təşkilatının daimi üzvü kimi qəbulu prosesinə başlamaq üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək niyyətindədir.
Fələstinin hazırda BMT-də daimi müşahidəçisi var. Bu statusa malik ölkələr əksər iclaslarda iştirak edə və demək olar ki, bütün müvafiq sənədlərə çıxış əldə edə bilər, lakin səsvermə hüququna malik deyillər. Fələstindən başqa, yalnız Müqəddəs Taxt-Tac (Vatikan) BMT-də daimi müşahidəçi statusuna malikdir.
Teqlər:
"\u0130spaniya F\u0259l\u0259stinin BMT-y\u0259 tam \u00fczvl\u00fcy\u00fcn\u00fc d\u0259st\u0259kl\u0259y\u0259c\u0259k"