Menyu

Belçika baş nazirinin müavini: Fələstin dövlətini tanımalıyıq

Belçika baş nazirinin müavini: Fələstin dövlətini tanımalıyıq

"Biz yaydan əvvəl Fələstin dövlətini tanımalıyıq".

"Operativ Media" xəbər verir ki, bunu Belçika baş nazirinin müavini Petra De Sutter bildirib. 

De Sutter İspaniyanın yaydan əvvəl Fələstin dövlətini tanımağı planlaşdırdığını xatırladıb və ölkəsinin də eyni addımı atması lazım olduğunu bəyan edib.

"Biz müstəqil Fələstin dövlətini və onun Birləşmiş Millətlər Təşkilatına üzv olmaq üçün yeni cəhdini rəsmən tanımalıyıq", - diplomat qeyd edib. De Sutter Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququndan istifadə etməli olduğunu vurğulayıb.

İspaniya, İrlandiya, Malta və Sloveniya martın 22-də şərtlər yerinə yetirildikdə Fələstin dövlətini tanımağa hazır olduqlarını bəyan ediblər.

İspaniyanın baş naziri Pedro Sançes də dünən yaydan əvvəl Fələstin dövlətini tanıyacaqlarını açıqlamışdı.

Teqlər:

"Bel\u00e7ika ba\u015f nazirinin m\u00fcavini: F\u0259l\u0259stin d\u00f6vl\u0259tini tan\u0131mal\u0131y\u0131q"

Əlaqəli Xəbərlər