Menyu

Şmıqal bütün Avropadan Ukraynaya hərbi təlimatçılar dəvət edib

Şmıqal bütün Avropadan Ukraynaya hərbi təlimatçılar dəvət edib

Ukraynanın baş naziri Denis Şmıqal təkcə Fransadan deyil, bütün Avropadan olan hərbi təlimatçıları ölkədə görmək istəyir.

"Operativ Media" xəbər verir ki, bu barədə Şmıqal mətbuata açıqlamasında bildirib.

"Biz müasir müharibədə praktiki təcrübəmizi təkcə Fransadan deyil, avropalı təlimatçılarla bölüşə bilərik. Biz bütün Avropadan təlimatçılar dəvət edirik və Fransa öz təlimatçılarını Ukrayna poliqonlarına göndərmək vədini yerinə yetirsə, şad olarıq", - baş nazir qeyd edib.

Onun sözlərinə görə, Qərb təlimatçılarının Ukraynada olması Ukrayna hərbçilərinin təlimini daha sürətli və daha koordinasiyalı edəcək. Şmıqal əlavə edib ki, Kiyev tərəfdaşlarla istənilən əməkdaşlıq imkanlarını müzakirə etməyə hazırdır.

Teqlər:

"\u015em\u0131qal b\u00fct\u00fcn Avropadan Ukraynaya h\u0259rbi t\u0259limat\u00e7\u0131lar d\u0259v\u0259t edib"

Əlaqəli Xəbərlər