Tayvanda baş verən zəlzələ xəsarət alanların sayı 963 nəfərə çatıb
Tayvanda baş verən zəlzələ nəticəsində azı 963 nəfər xəsarət alıb.
"Operativ Media" xəbər verir ki, bunu Tayvanın fövqəladə hallara cavab qərargahının nümayəndəsi brifinqdə açıqlayıb.
Yenilənmiş məlumatlara görə, ən çox qurbanlar Sinbey şəhərində (248 nəfər) və Hualien qraflığında (176) qeydə alınıb. Daha əvvəl 821 qurbanın olduğu bildirilirdi. Doqquz nəfər isə həlak olub.
Qərargah nümayəndəsinin qeyd edib ki, daha 143 nəfər dağıntılar altında sıxışıb və kömək gözləyir.