Menyu

Tramp ABŞ-də cinayətdə iştirak edən qeyri-qanuni mühacirləri “heyvan” adlandırıb

Əziz Əzizli
Tramp ABŞ-də cinayətdə iştirak edən qeyri-qanuni mühacirləri “heyvan” adlandırıb

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Tramp Miçiqan ştatında seçki çıxışı zamanı bir qrup polis əməkdaşı ilə şəkil çəkdirərkən cinayətlə mübarizədə yol verilən nöqsanlara toxunub və ABŞ-də tələbə qızını “barbarcasına” öldürən qeyri-qanuni mühacirləri “heyvan” adlandırıb.

"Operativ Media" xəbər verir ki, Tramp açıqlamasında "Corciyada 22 yaşlı tibb bacısı tələbəsi qeyri-qanuni mühacir heyvan tərəfindən vəhşicəsinə qətlə yetirilib. Demokratlar "Xahiş edirəm, onlara heyvan deməyin, onlara adam deyin" deyirlər. Mən "insan deyillər" dedim. Onlar insan deyil, heyvandırlar" deyə bildirib.

ABŞ prezidenti Co Baydeni ölkənin cənub sərhədində təhlükəsizlik tədbirlərinin qeyri-kafi olması ilə bağlı tənqid edən Tramp, "5 noyabr seçkilərində qalib gəlməsək, ölkəmizin məhv olacağını düşünürəm" deyib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər