Fransa Ukraynaya ikinci əl zirehli maşın göndərəcək
Əziz Əzizli
Fransanın müdafiə naziri Sebastien Lekornu ölkəsinin 2025-ci ilin əvvəlinə qədər “yeni hərbi yardım paketi” çərçivəsində Ukraynaya “yüzlərlə” ikinci əl zirehli maşın göndərəcəyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, “La Tribune” qəzetinə danışan Lekornu Ukraynaya hərbi yardım paketi ilə bağlı açıqlamalar verib.
Fransanın Ukraynaya yüzlərlə zirehli texnika göndərəcəyini açıqlayan Lekornu, Ukraynanın geniş cəbhə xəttinə sahib olması və hərbi hissələrin hərəkətliliyi baxımından bu vasitələrin əhəmiyyətini vurğulayıb.
Fransa ordusunun 40 ildən artıqdır istifadədə olan VAB zirehli maşınlarını yeni nəsil maşınlarla əvəz etdiyini qeyd edən Lecornu, hələ də işlək vəziyyətdə olan köhnə zirehli maşınların və Aster tipli raketlərin 2025-ci ilin əvvəlinə kimi Ukraynaya göndəriləcəyini bildirib.
Teqlər:
"Fransa Ukraynaya ikinci \u0259l zirehli ma\u015f\u0131n g\u00f6nd\u0259r\u0259c\u0259k"