Menyu

Qazaxıstanda qəlyana tam qadağa tətbiq oluna bilər

Nərmin Qocamanlı
Qazaxıstanda qəlyana tam qadağa tətbiq oluna bilər

Qazaxıstan Səhiyyə Nazirliyi qəlyana tam qadağa tətbiq edilməsini müzakirə edir.

"Operativ Media" xəbər verir ki, bu barədə Tengrinews.kz məlumat yayıb.

Ölkənin mövcud qanunvericiliyə əsasən, ictimai yerlərdə qəlyan tütünü və qəlyan qarışığının istehlakı qadağandır:

“2020-ci il yanvarın 1-dən 2024-cü il yanvarın 1-dək qüvvədə olan fiziki şəxslərə tətbiq edilən cərimələrin az olması və orta və kiçik sahibkarlıq subyektlərində aparılan yoxlamalara moratoriumun tətbiq edilməsi ilə əlaqədar bu normaya əməl olunmur”.

"Bununla əlaqədar nazirlik maraqlı dövlət qurumları ilə birlikdə qəlyan tütünü və qəlyan qarışığının tənzimlənməsinin gücləndirilməsi istiqamətində iş aparır. Bu məsələ müzakirə mərhələsindədir ".

Dəyişikliklər qəbul olunarsa, müəssisələrdə yoxlamalar polis əməkdaşları tərəfindən aparılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər