"Operativ Media" xəbər verir ki, tutulma Bakı vaxtı ilə saat 20:38-də tutulma tam fazasına çatacaq.
Ayın kölgəsi şimal-şərqə doğru hərəkət edərək Texas, Arkanzas, Missuri, İndiana ştatlarından keçərək diaqonal olaraq Meksika və ABŞ-ı keçəcək, sonra isə Kanadanın şərq sahili boyunca "davam edəcək. Kölgə Şimali Atlantika üzərində yox olacaq.
Tutulmanın maksimum mərhələsinin ümumi müddəti 268 saniyə olacaq. Bu, ABŞ-da 2017-ci ildə baş verən Günəş tutulmasından təxminən iki dəqiqə uzundur. Bunun səbəbi 2024-cü ilin aprelində Ayın öz orbitində Yerə nisbətən yaxın bir nöqtədə olması və buna görə də xüsusilə böyük görünməsidir.
Məlumatlara görə, tam tutulma təxminən 32 milyon insana görünəcək və müəyyən dərəcədə bütün ABŞ-ı əhatə edəcək.
Əvvəlki tutulmalardan fərqli olaraq, aprelin 8-də dünya radar şəbəkəsində Günəşdən gələn plazma tullantılarına nəzarət edən, peyklərin işinə və GPS sistemlərinin dəqiqliyinə təsir edə bilən üç cihaz hadisəni müşahidə edəcək.