Menyu

Hindistan yerli ballistik raket sınağını uğurla həyata keçirib

Nərmin Qocamanlı
Hindistan yerli ballistik raket sınağını uğurla həyata keçirib

Hindistan Strateji Qüvvələr Komandanlığı və Müdafiə Araşdırmaları və İnkişafı ilə əməkdaşlıq çərçivəsində Odişa sahillərində yerləşən Abdul Kalam adasında "Agni Prime"nin uçuş sınağı uğurla həyata keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi açıqlama verib.

Bildirilib ki, test gözlənilən hədəflərə çataraq müvəffəqiyyətlə keçib, sınaq məlumatlarının müxtəlif sabit nöqtələrə yerləşdirilən sensorlar və qısa mənzilli gəmilər kimi hərəkət nöqtələri vasitəsilə əldə edilib.

Hindistanın müdafiə naziri Rajnath Singh qeyd edib ki, uğurla inkişaf etdirilən raket silahlı qüvvələrdə əla güc multiplikatoru olacaq.

Qeyd edək ki, Hindistan istehsalı olan "Agni" raket sistemlərinin yeddinci nəsli olan orta mənzilli "Agni Prime" raketlərinin sınaqlarına 2021-ci ildən başlayıb. "Agni Prime" raketlərinin məsafəsi 1000 ilə 2 min kilometr arasında dəyişir və raketlər nüvə başlıqları daşıya bilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər