Menyu

Türkiyə Milli Təhlükəsizlik Xidməti 2024-cü ilin sonuna qədər milli təhlükəsizlik strategiyasını yeniləyəcək

Nərmin Qocamanlı
Türkiyə Milli Təhlükəsizlik Xidməti 2024-cü ilin sonuna qədər milli təhlükəsizlik strategiyasını yeniləyəcək

Türkiyənin yenilənmiş milli təhlükəsizlik strategiyası 2024-cü ilin sonuna qədər təsdiqlənəcək. “Qırmızı kitab” Milli Təhlükəsizlik Şurasının aprelin 4-də keçiriləcək iclasında təqdim olunacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə yerli "TRT Haber" telekanalı məlumat yayıb.

Sənəddə bildirilir ki, ölkənin hökuməti və aidiyyəti qurumları yeni qlobal çağırış və təhdidləri nəzərə almaqla, adətən “Qırmızı kitab” kimi tanınan “Milli Təhlükəsizlik Siyasəti Sənədi”nin yenilənməsi üzərində işləyir.

Telekanalın məlumatına görə, Türkiyə Milli Təhlükəsizlik Şurası yaxın vaxtlarda bu il ikinci dəfə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə gərgin gündəmlə iclas keçirəcək. Görüşün əsas mövzusu terrorla mübarizə olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər