Menyu

Finlandiya Rusiya sərhədindəki keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlayır

Nərmin Qocamanlı
Finlandiya Rusiya sərhədindəki keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlayır
1 dəq oxu

Finlandiya daha əvvəl bağlanmış keçid məntəqələrinin və Rusiya sərhədindəki bəzi limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb.
 
"Operativ Media" xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən etibarən bağlı qalmasına qərar verib.

Belə ki, həmin tarixdən etibarən Haapasaari, Nuijamaa və Santio limanları da turist gəmiləri üçün qeyri-müəyyən müddətə bağlanacaq.

Son illərdə Suriya və Somali kimi ölkələrdən gələnlərin sayının artmasının ardından ötən ilin sonunda Rusiya ilə quru sərhədlərini bağlayan Finlandiya bu tədbirlərlə ölkəyə qeyri-qanuni immiqrant axınının qarşısını almağı hədəfləyir.

Bəyanatda Finlandiyaya qeyri-qanuni mühacir axınının davam edəcəyi təqdirdə bunun Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacağı vurğulanıb.

 

Əlaqəli Xəbərlər