Menyu

ABŞ Fələstinin BMT-yə üzv olmaq ərizəsinə münasibət bildirib

ABŞ Fələstinin BMT-yə üzv olmaq ərizəsinə münasibət bildirib

ABŞ Dövlət Departamenti Fələstinin BMT-nin tamhüquqlu üzvü statusu almaq üçün yeni cəhdlərinə münasibət bildirib. 

"Operativ Media" xəbər verir ki, Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv olmaq cəhdləri ilə bağlı ABŞ-ın mövqeyi ilə bağlı suala Dövlət Departamentinin sözçüsü Metyu Miller cavab verib: 

"Birləşmiş Ştatlar həmişə İsrailin təhlükəsizlik zəmanəti ilə müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini açıq şəkildə bəyan edib. Bu, BMT-də deyil, tərəflər arasında birbaşa danışıqlar yolu ilə edilməli olan bir şeydir".

Diplomat eyni zamanda qeyd edib ki, gələcəkdə nələrin baş verə biləcəyi ilə bağlı spekulyasiyalar aparmaq niyyətində deyil. O, ABŞ-nin BMT Təhlükəsizlik Şurasında müvafiq qətnaməyə veto qoymaq niyyətində olub-olmaması sualına cavab verməkdən imtina edib.

Qeyd edək ki, Fələstin hakimiyyəti müvafiq səsvermənin aprel ayında keçirilməsini istəyir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər