ABŞ Avropa Arktikasında silah anbarı yerləşdirəcək
ABŞ Finlandiya və İsveçin NATO-ya qoşulması ilə əlaqədar Avropa Arktikasında silah anbarının yerləşdirilməsi planı hazırlayır.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Ordusunun Logistika Departamentinin komandir müavini, general-leytenant Kristofer Mohan "Breaking Defence" nəşrinə müsahibəsində bildirib.
"NATO tərəfdaşlarının əlavə olunması ilə təhlükəsizlik mənzərəsi və alyansın bir hissəsi kimi məsuliyyətlərimiz dəyişir", - o qeyd edib.
Mohan əlavə edib ki, ABŞ hazırda Uzaq Şimalda hansı silahların saxlanmasına uyğun olduğuna və bunun üçün hansı ölkələrin seçiləcəyinə qərar verir.
General-leytenant NATO-nun Avropadakı yeni obyektlərinin mümkün yerlərini dəqiqləşdirməyib. "Breaking Defense" görə, bir variant Norveçdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net