Menyu

ABŞ Qəzza siyasətini dəyişir?

ABŞ Qəzza siyasətini dəyişir?

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağında vəziyyətdə heç bir dəyişiklik olmasa, Yaxın Şərqdəki münaqişə ilə bağlı siyasətinə yenidən baxmalı olacağını açıqlayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

"Prezident açıq şəkildə bildirdi ki, əgər yerdə mülki şəxslərin müdafiəsində dəyişiklik olmazsa, Qəzza zolağına axan humanitar yardımın həcmində dəyişiklik olmazsa, atəşkəsin yaradılması istiqamətində irəliləyiş olmazsa, o, Qəzzaya qarşı siyasətini yenidən nəzərdən keçirməli olacaq", - Kirbi vurğulayıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər