İsrail hökuməti Erez Sərhəd Qapısının açılmasını və Qəzzaya yardımın çatdırılması üçün Aşdod limanının istifadəsini təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin Baş nazirliyindən məlumat verilib.
Bildirilib ki, İsrail daha çox yardımın Qəzzanın 40 kilometr şimalındakı Aşdot limanından və Kerem Şalom qapısından keçməsinə icazə verəcək.
Qeyd edək ki, İsrailin bu həftə Qəzzaya təşkil etdiyi hücumda ABŞ-da yerləşən yardım təşkilatının 7 əməkdaşının öldürülməsindən sonra Təl-Əvivə beynəlxalq təzyiqlər daha da artıb.
Netanyahu ilə görüşən ABŞ prezidenti Co Bayden dərhal atəşkəsə çağırıb.
Xatırladaq ki, İsrailin Qəzzaya hücumları 7 oktyabr 2023-cü ildən bəri davam edir.