Menyu

Venesiyaya gündəlik giriş ödənişli olacaq

Nərmin Qocamanlı
Venesiyaya gündəlik giriş ödənişli olacaq

Kanalları ilə məşhur olan İtaliyanın Venesiya şəhərində gündəlik turist sıxlığına nəzarət etmək üçün aprelin 25-dən şəhərə gündəlik gələn qonaqlardan giriş haqqının tutulması praktikasına başlanılacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Venesiya Bələdiyyə Başçısı Luiqi Bruqnaro açıqlama verib.

O bildirib ki, ödənişli giriş Venesiya Şəhər Şurasının 2023-cü ilin sentyabrında qəbul etdiyi qərara uyğun olaraq tətbiq ediləcək.

“Biz dünyanın mühüm tarixi mərkəzlərini qorumağa borcluyuq. Bu tətbiqin məqsədi pul qazanmaq deyil, şəhəri qorumaqdır. Venesiyaya hər gün gələnlər, qalmayanlar, yəni səhər gəlib axşam gedənlər qatqı ödəməlidirlər. Məbləğ bu il adambaşına 5 avrodur. 14 yaşa qədər uşaqlar bundan azaddır. Bundan əlavə, Venesiya Bələdiyyəsi sərhədləri daxilində otellərdə qalanlar heç bir ödəniş etməyəcəklər", - deyə Bruqnaro vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər