Nigeriyada silahlı hücum nəticəsində 19 nəfər ölüb
Nərmin Qocamanlı
Nigeriyanın Kogi əyalətinin Omala bölgəsində naməlum silahlı şəxslərin hücumü nəticəsində 19 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində onlarla insan yaralanıb, bir çox ev yandırılıb, yerli sakinlərin ərzaq məhsulları oğurlanıb.
Kogi Ştat Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Uilyam Aya hadisəni təsdiqləyib və araşdırmaya başlanıldığını açıqlayıb.
Qeyd edək ki, Nigeriya müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə mübarizə aparır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net