Vaşinqton İranı ABŞ-nin mövqelərini hədəf almamağa çağırıb
ABŞ İsrailin İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsini atəşə tutmasından sonra gərginliyin artması fonunda İran hakimiyyətini Amerika hədəflərinə hücum etməməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İran Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib.
Cəmşidi özünün "X" səhifəsində yazıb: "İran İslam Respublikası ABŞ rəhbərliyinə İsrailin baş naziri Benyamin Netanyahunun tələsinə düşməmək üçün xəbərdarlıq edib: zərər görməmək üçün uzaq durun. ABŞ buna cavab olaraq İrandan Amerika hədəflərinə hücum etməməyi xahiş etdi", - o qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net