"Operativ Media" xəbər verir ki, bunu Hizbullah partiyasının lideri Şeyx Həsən Nəsrullah deyib.
Onun sözlərinə görə, İranın cavab zərbəsi qaçılmazdır.
"Mövcud vəziyyətdə bəyan edirik ki, müqavimət qüvvələri İsrailin Livana hücumu halında genişmiqyaslı münaqişəyə girməkdən qorxmurlar. Biz müharibəyə hazırıq və silahlardan istifadə edəcəyik", - deyə Nəsrullah vurğulayıb.
Nəsrullahın qeyd edib: "İsrailin Qəzza zolağında fələstinlilərə qarşı təcavüzü dayandırılana qədər Livanın cənubu cəbhədə qaynar nöqtə olaraq qalacaq. İsrailin baş naziri Benyamin Netanyahunun heç bir perspektivi yoxdur, o, HƏMAS-ı məğlub edə bilmədi, onun böyük daxili problemləri və beynəlxalq arenada uğursuzluqları var.