Belarus DTK: Ukrayna hərbi kəşfiyyatına işləyən şəxs saxlanılıb
Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşları Belarus vətəndaşı Pavel Çurkini Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda şübhəli bilinərək saxlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Mogilev-4" dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs etiraf edib ki, Ukrayna tərəfinin göstərişi ilə "İsgəndər" əməliyyat-taktiki kompleksinin yerini Ukrayna Silahlı Qüvvələrinə təhvil vermək üçün lentə alıb.
Telekanal aydınlaşdırıb ki, Çurkin əvvəllər Belarus prezidentini təhqir etdiyinə görə məhkum edilib.
Teqlər:
"Belarus DTK: Ukrayna h\u0259rbi k\u0259\u015ffiyyat\u0131na i\u015fl\u0259y\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"