Menyu

ABŞ maliyyə naziri Ukraynaya görə Çini hədələyib

Nərmin Qocamanlı
ABŞ maliyyə naziri Ukraynaya görə Çini hədələyib

ABŞ-ın maliyyə naziri Janet Yellen Vaşinqtonun Çin şirkətlərinin Ukraynadakı münaqişədə Rusiyaya dəstək verdiyini aşkar edərsə, bunun nəticələri barədə Pekini xəbərdar edib.

"Operativ Media" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Aprelin 6-sı Amerika Maliyyə Nazirliyinin rəhbərini Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng qəbul edib. Görüş Çinin Quançjou şəhərində baş tutub. Görüş zamanı Yellen Çinin Rusiya Federasiyasına qarşı Amerika sanksiyalarına əməl etmədiyi təqdirdə problem yaradacağına söz verib.

“Katib Yellen vurğuladı ki, şirkətlər, eləcə də Çində olan şirkətlər Ukrayna münaqişəsində Rusiyaya maddi dəstək, həmçinin Rusiyanın müdafiə sənayesi bazasına dəstək verməməlidir. Əks halda, Çin Xalq Respublikası əhəmiyyətli nəticələrlə üzləşəcək”, - ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər