Menyu

BMT TŞ aprelin 8-də Fələstinin dünya təşkilatına qəbulu ilə bağlı iclas keçirəcək

BMT TŞ aprelin 8-də Fələstinin dünya təşkilatına qəbulu ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) aprelin 8-i bazar ertəsi qapalı iclas keçirəcək. İclasın mövzusu Fələstinin dünya təşkilatına daimi üzv qəbul edilməsi ilə bağlı müraciətə yenidən baxılması tələbi olacaq. 

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə aprel ayında Təhlükəsizlik Şurasının sədri kimi fəaliyyət göstərən Maltanın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.

Fələstin BMT-də daimi müşahidəçi statusuna malikdir. 2011-ci ildə Fələstin hakimiyyəti dünya təşkilatına daimi üzv olmaq üçün müraciət etmişdi, lakin sonradan ölkə bir müddət daimi müşahidəçi kimi qalmağa qərar verdi. 

"Saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Fələstinin BMT-yə üzvlük ərizəsinə yenidən baxılması tələbini müzakirə etmək üçün məsləhətləşmələr keçiriləcək", - məlumatda deyilir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər