Menyu

Rumıniya və Almaniya arasında ikitərəfli münasibətlər müzakirə edilib

Rumıniya və Almaniya arasında ikitərəfli münasibətlər müzakirə edilib

Rumıniyanın baş naziri Marsel Çiolaku (Sosial Demokrat Partiyası) və Almaniya kansleri Olaf Şolts Buxarestdə keçirilən görüşdə iqtisadiyyat və təhlükəsizlik sahəsində ikitərəfli münasibətlərin perspektivlərini, habelə Avropa Parlamentinin gündəliyini müzakirə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Rumıniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, Almaniyanın Rumıniyanın ən mühüm ticarət tərəfdaşı və Rumıniya iqtisadiyyatının ikinci mühüm investoru olduğunu qeyd ediblər. "Alman investorlarının Rumıniyaya marağı həvəsləndirir və nəqliyyat və enerji infrastrukturu, rəqəmsallaşma, yaşıl enerji, müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün yeni mühüm perspektivlər açır". 

Qeyd edək ki, Şolts Aİ ölkələrinin sosialist və sosial-demokrat qüvvələrini birləşdirən Avropa Sosialistlər Partiyasının (PES) liderlərinin toplantısında iştirak etmək üçün Rumıniyanın paytaxtındadır. İclas iştirakçıları Avropa sosial-demokratiyasının Avropa ölkələri vətəndaşlarının üzləşdiyi problemlərə təklif etdiyi həll yollarını müzakirə edirlər. 

 

 

Teqlər:

"Rum\u0131niya v\u0259 Almaniya aras\u0131nda ikit\u0259r\u0259fli m\u00fcnasib\u0259tl\u0259r m\u00fczakir\u0259 edilib"

Əlaqəli Xəbərlər