Menyu

Fransa Afrika ölkələri ilə tərəfdaşlığı gücləndirmək niyyətindədir

Fransa Afrika ölkələri ilə tərəfdaşlığı gücləndirmək niyyətindədir

Fransa Afrika ölkələri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir və qitə ölkələri ilə qarşılıqlı faydalı münasibətlərin davam etdirilməsində maraqlıdır.

"Operativ Media" xəbər verir ki, bunu Nayrobidə keniyalı həmkarı Musalia Mudavadi ilə birgə mətbuat konfransında Fransanın xarici işlər naziri Stefan Sejournet deyib.

"Fransanın çağırışı Afrika ölkələri ilə balanslaşdırılmış, qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıqları yeniləmək və inkişaf etdirmək olacaq. Afrikada təkcə Sahel deyil, uğurlu tərəfdaşlıq üçün bir çox digər imkanlar var", - fransalı nazir qeyd edib. 

Nazirin sözlərinə görə, Afrika qitəsi qlobal balansda mühüm rol oynayacaq mədəni, iqtisadi və diplomatik gücə çevrilmək yolundadır.

 

 

Teqlər:

"Fransa Afrika \u00f6lk\u0259l\u0259ri il\u0259 t\u0259r\u0259fda\u015fl\u0131\u011f\u0131 g\u00fccl\u0259ndirm\u0259k niyy\u0259tind\u0259dir"

Əlaqəli Xəbərlər