"Döyüş meydanında vəziyyət ölkənin silahlı qüvvələri üçün ağırdır".
"Operativ Media" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski həmçinin bildirib ki, bütün aktiv əməliyyatların 90%-i ölkənin şərqində baş verir.
Şənbə günü səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də döyüş təmas xəttinin demək olar ki, bütün uzunluğu boyunca Kiyev üçün çətin vəziyyətin olduğunu bəyan edib.