Livan Müqavimət Hərəkatı "Hizbullah" İsrailin Ramot Naftalidəki hərbi bazasını hədəf alıb.
"Operativ Media" xəbər verir ki, "Hizbullah" pilotsuz uçuş aparatları (PUA) ilə İsrail bazasını hədəfə aldığını açıqlayıb.
Qeyd edək ki, Livan Müqavimət Hərəkatı işğalçı rejimin Qəzza və Livanın cənubuna hücumlarına cavab olaraq oktyabrın əvvəlindən İsrail rejiminin hərbi mövqeyinə qarşı müntəzəm hücumlar təşkil edir.