Antalyada kanatda qalan bütün sərnişinlər xilas edilib - YENİLƏNİB
Nərmin Qocamanlı
Antalyanın Konyaaltı bölgəsində kanatın kabinəsində qalan bütün bütün sərnişinlər xilas edilib.
"Operativ Media" xəbər verir ki, qəza ilə bağlı AFAD-ın sosial media hesabından da açıqlama verilib.
Açıqlamada bildirilib ki, AFAD, jandarma, polis və əsgərlər, UMKE, QHT və yanğınsöndürmə briqadalarından ibarət 543 axtarış-xilasetmə personalı, o cümlədən 7 helikopter, 1 hərbi yük təyyarəsi, 108 nəqliyyat vasitəsi və 6 təcili tibbi yardım xidməti bölgəyə göndərilib.
Qeyd edək ki, kanatın dirəyə çırpılması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
***
11:06
Türkiyədə Antalyanın Konyaaltı səmtində kanat kabinəsi aşıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.
O bildirib ki, kanatda qalan 112 nəfər təxliyə edilib. Xilasetmə işləri davam edir.
Qeyd edək ki, kanatın aşmasına səbəb dirəyə dəyməsi olub.
Milli Müdafiə Nazirliyi kanat qəzasında qalan vətəndaşların xilasetmə işlərinə dəstək olmaq üçün Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli təyyarə və AS-532 Couger tipli helikopterlər ayırıb.
Teqlər:
"Antalyada kanatda qalan b\u00fct\u00fcn s\u0259rni\u015finl\u0259r xilas edilib - YEN\u0130L\u018fN\u0130B"