19 Dekabr 2022, 15:14
Azərbaycan ordusunda qış mövsümü ilə bağlı tibbi maarifləndirmə tədbirləri keçirilir - VIDEO
Azərbaycan ordusunda qış mövsümü ilə bağlı tibbi maarifləndirmə tədbirləri keçirilir - VIDEO şəkil
Azərbaycan ordusunda qış mövsümü ilə bağlı tibbi maarifləndirmə tədbirləri keçirilir - VIDEO

Qış dövründə şəxsi heyətin mövsümi xəstəliklərdən qorunması məqsədilə Azərbaycan Ordusunda maarifləndirici tədbirlər həyata keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, hərbi tibb personalı ilə aparılan söhbətlərdə xüsusilə kəskin relyefli ərazilərdə sərt iqlim şəraitində xidmət edən şəxsi heyətə ilk tibbi yardım qaydalarının öyrədilməsinin vacibliyi çatdırılıb. Daha sonra donvurma zamanı görülən təxirəsalınmaz tədbirlərin praktiki icrası məşq etdirilib.

Qeyd edək ki, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlıqlarının qeydinə qalınması, donvurma və kəskin respirator xəstəliklərdən qorunması məqsədilə mütəmadi olaraq kompleks profilaktik tədbirlər həyata keçirilir.

Son xəbərlər
"Liverpul" İngiltərə Liqa Kubokunda finala yüksəlib
Tramp BCM-nin əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib
Azərbaycanın Los-Ancelesdəki baş konsulu səudiyyəli həmkarı ilə görüşüb
Azərbaycan millisi Belçikaya məğlub oldu
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
ABŞ Qəzzaya qoşun göndərməyəcək
"Qalatasaray" yeni transferini açıqladı