Beyləqanda evinin önündə qumar təşkil edən şəxs həbs edilib
Nərmin Qocamanlı
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Qərara əsasən 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.