http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Bakı-Naxçıvan marşrutu üzrə təxirə salınmış reyslər bu gün yola düşəcək

20 Dekabr 2022 , 10:23
Bakı-Naxçıvan marşrutu üzrə təxirə salınmış reyslər bu gün yola düşəcək

"Azərbaycan Hava Yolları" aviaşirkəti təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür.

"Azərbaycan Hava Yolları" QSC-dən "Operativ Media"ya verilən məlumata görə, Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-də təxirə salınmış J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) reyslərinin sərnişinləri bu gün, dekabrın 20-də müvafiq olaraq saat 12:00 və 12:30-da yola düşəcəklər.

Qeyd edilib ki, Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-də təxirə salınmış J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) reyslərinin sərnişinləri bu gün, dekabrın 20-də müvafiq olaraq saat 14:20 və 14:50-də yola düşəcəklər. Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar.

AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.

Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu