Piyadanı vurub qaçan sürücü tutulub
Nərmin Qocamanlı
Xəsarətlə nəticələnən yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb.
DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, dekabrın 14-də saat 5 radələrində Nəsimi rayonu ərazisində yolu keçən Qazax rayon sakini R.Osmanovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla yol-nəqliyyat hadisəsinin taksi fəaliyyəti göstərən “Toyota Prius” markalı avtomobillə törədilməsi müəyyən olunub. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Mərdanlı saxlanılıb. Araşdırma aparılır.