Menyu

Şabran sakinlərindən külli miqdarda narkotik vasitə aşkarlanıb 

Nərmin Qocamanlı
Şabran sakinlərindən külli miqdarda narkotik vasitə aşkarlanıb 

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında  şübhəli bilinən rayon sakinləri Cəlaləddin Məcidov və Elməddin Əmiraslanov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə  baxış keçirilən zaman külli miqdarda heroin,  psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi  aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər