Bu il işə qəbul olunan müəllimin sayı açıqlanıb
Nərmin Qocamanlı
2022-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 60 002 namizəd müraciət edib, 54 804 namizəd müsabiqədə iştirak hüququ qazanıb.
Bu barədə "Operativ Media"ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
7 gün ərzində 15 mərkəzdə təşkil olunan imtahanlarda 44 363 namizəd iştirak edib.
2022-ci təqvim ilində müəllimlərin işə qəbulu üçün müsabiqə üzrə 13 280 vakant yer elan edilib, 3 902 namizəd müddətsiz əsaslarla, 3 086 namizəd müddətli əsaslarla işə qəbul edilib.
Əlavə yerləşdirmə zamanı isə 1 650 namizəd müddətli əsaslarla vakant yerlərə təyin olunub. Tədris ili ərzində əlavə yerləşdirmə davam etdiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net