İşğaldan azad edilmiş əraziyə qanunsuz keçməyə çalışan şəxs həbs edilib

Nərmin Qocamanlı
İşğaldan azad edilmiş əraziyə qanunsuz keçməyə çalışan şəxs həbs edilib

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Xəyal Quliyev idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib.  X.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.

Digər xəbərlər