Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Nərmin Qocamanlı
Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hunday” markalı avtomobillər toquşşub. İlkin məlumata görə “Vaz-2107” avtomobilin sürücüsü və sərnişini olan azyaşlı ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma