http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AQTA: Rusiyadan gətirilən 40 tona yaxın kartof məhv ediləcək

21 Dekabr 2022 , 11:02
AQTA: Rusiyadan gətirilən 40 tona yaxın kartof məhv ediləcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Qurumdan "Operativ Media"ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasından fiziki şəxs Əskərov Şəmistan Kidır oğlu tərəfindən idxal olunan 20 450 kq toxumluq kartof məhsuluna və hüquqi şəxs "AZ-AQRO FARM" MMC tərəfindən idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ditylenchus destructor Thor.”- kartof gövdə nematodu, “Clavibacter michiganensis subsp. Sepedonicus” -kartof yumrularında halqavari çürümə ) aşkar olunub.

Agentlik tərəfindən istifadəyə yararsız kartof məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilib - YENİLƏNİB 2

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilib - YENİLƏNİB 2

Azərbaycanda sabiq baş pediatr özünü güllələyərək öldürüb, faktla bağlı araşdırma aparılır

Azərbaycanda sabiq baş pediatr özünü güllələyərək öldürüb, faktla bağlı araşdırma aparılır

Ekspert: "Taksilərin qiyməti tədricən artacaq"

Ekspert: "Taksilərin qiyməti tədricən artacaq"

XƏBƏR LENTİ
  • 14:22

    Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilib - YENİLƏNİB 2
    Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilib - YENİLƏNİB 2
  • 14:19

    Azərbaycanda sabiq baş pediatr özünü güllələyərək öldürüb, faktla bağlı araşdırma aparılır
    Azərbaycanda sabiq baş pediatr özünü güllələyərək öldürüb, faktla bağlı araşdırma aparılır
  • 14:16

    İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir
    İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir
  • 14:15

    "Çelsi" antikrekorda imza atıb
  • 14:07

    Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
    Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
  • 14:03

    Prezident: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
  • 13:55

    Ekspert: "Taksilərin qiyməti tədricən artacaq"
  • 13:53

    Blinken Şanxaya səfər edib
Menyu