Qanunsuz ov edən şəxslər saxlanılıb
Nərmin Qocamanlı
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Ağcabədi rayon sakinləri E.Əliyev, Ə.Qasımov və Ş.Həsənovun Ergi düzü ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net