Qubada əmisinin fermasından mal-qara oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Qubada əmisinin fermasından mal-qara oğurlayan şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinə rayonun Amsar kəndi ərazisində olan fermadan oğurluq edilməsi barədə məlumat daxil olub.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə  şübhəli bilinən rayon sakinləri  Ümid Mehdiyev və İlham Rəcəbli saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 6 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan oğurlamaqla ümumilikdə zərərçəkmişə 6800 (altı min səkkiz yüz) manat ziyan vurublar.
Məlumat üçün bildirək ki, oğurluq edilən ferma İ.Rəcəblinin əmisinə məxsusdur.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Digər xəbərlər