NİİM Bakıdakı qəzanın görüntülərini yaydı-Video
"Operativ Media" xəbər verir ki,Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı bu yol-nəqliyyat hadisələri gecə saatlarında baş verib. Paytaxtın Rəşid Behbudov küçəsindəki qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib. Digər, 8 Noyabr prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində qeydə alınan qəza zamanı isə 1 ədəd svetofor dirəyi yarasız hala düşüb. Hazırda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin svetoforun yenisi ilə əvəzlənməsi işləri aparılır. Sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etmələri xahiş olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net