“İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyən edilməsi üçün bir neçə istiqamətdə iş aparılır” bu barədə Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə deyib.
Orxan Rzayev deyib ki, şəxsiyyətin dəqiqləşdirilməsi ilə bağlı ən önəmli rəy məhkəmə tibbi ekspertizasının nəticələridir.
“Bundan əlavə, itkin düşmüş şəxslərin fərdi əlamətləri, itkin düşdükləri yer barədə məlumatlar istintaq orqanı tərəfindən toplanmaqla təhlil edilir və vahid məlumat bazasında toplanılır. Şəxslərin harada itkin düşməsi, onların əlamətləri, itkin düşərkən üzərində hansı paltarların olması nəzərə alınır. Çünki, paltar qalıqları şəxsin üzərində qalır. Məhkətmə tibbi ekpertiza və Məhkəmə tibbi pataloji anatomiya şöbəsi tərəfindən icra olunur. Məhkəmə genetik ekspertiza prosesi isə Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin kriminalıistik təhqiqatlar idarəsi tərəfindən icra olunur”






