http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş Prokurorluq: Kütləvi məzarlıqlardakı insan qalıqları heç bir fərdiləşmə aparılmadan basdırılıb

30 Aprel 2024 , 12:45
Baş Prokurorluq: Kütləvi məzarlıqlardakı insan qalıqları heç bir fərdiləşmə aparılmadan basdırılıb

Kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində, heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyən edilib.

"Operativ Media" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aşkar edilmiş kütləvi məzarlıqların baxışı zamanı beynəlxalq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı suala cavabında deyib.

 

Orxan Rzayev qeyd edib ki, “Hərbi əsirlərlə rəftara dair” və “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəaları kobud surətdə pozulub: “Bu barədə xüsusilə qeyd etmək istəyirəm ki, Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyasının tələblərinə əsasən münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub.

Həmin Konvensiyaya əsasən münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazımi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər”.

OXŞAR XƏBƏRLƏR
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər

FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər

Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur

Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur

Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb

Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb

XƏBƏR LENTİ
  • 18:33

    Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublar - YENİLƏNİB
    Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublar - YENİLƏNİB
  • 18:31

    Aleksandr Lukaşenko Füzuliyə gedib - YENİLƏNİB
    Aleksandr Lukaşenko Füzuliyə gedib - YENİLƏNİB
  • 18:28

    FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
  • 18:26

    Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur
  • 18:22

    Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
  • 18:17

    Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
  • 17:51

    Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib
  • 17:48

    Azərbaycanda atmosferə buraxılan tullantıların 12,8 faizi kənd təsərrüfatı sektorunun payına düşür
Menyu