"Microsoft" İndoneziyada süni intellekt və bulud sistemlərinə 1,7 milyard dollar sərmayə qoyacaq
Nərmin Qocamanlı
ABŞ-ın texnologiya şirkəti "Microsoft" İndoneziyada bulud saxlama sisteminə (Cloud) və süni intellekt infrastrukturuna 4 il ərzində 1,7 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə şirkətin internet saytında qeyd olunub.
Bildirilib ki, "Microsoft"un İcraçı Direktoru (CEO) Satya Nadellanın paytaxt Cakartada İndoneziya prezidenti Coko Vidodo ilə görüşdüyü və texnologiya sahəsində investisiyaları müzakirə edib.
Həmçinin qeyd edilib ki, investisiya həm də 840 min insana süni intellekt təhsili verəcək:
1,7 milyard dollarlıq sərmayənin "Microsoft"un İndoneziyaya ən böyük investisiyası olacağı vurğulanıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma