http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

30 Aprel 2024 , 13:26
Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Növbəti 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 ms/, arabir 20-23 m/s, 2-də yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 5-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı- ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, 2-də gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR
Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 08:38

    Neftçalada narkokuryer saxlanılıb
  • 08:23

    Sabirabadda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
  • 08:19

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:53

    Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib
  • 06:53

    Cəlal Hüseynov oynadı, komandası heç-heçə etdi
  • 06:39

    Polşada Rusiyanın sifarişi təxribatda şübhəli bilinən şəxslər həbs edilib
  • 06:26

    ABŞ prezidenti Bayden Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun Netanyahu ilə bağlı qərarını pisləyib
  • 05:49

    Ərdoğan: "Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik"
    Ərdoğan: "Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik"
Menyu